Turbo Aktuator Xətası: Səbəbləri və Həlli
06/04/2026
Turbo Aktuator Xətası: Səbəbləri və Həlli
Turbo aktuator — turbonun basıncını tənzimləyən elektron komponentdir. Xəta verəndə mühərrik güc itirir, yanacaq sərfiyyatı artır, bəzən “limp mode”a düşür.
Ən çox rast gəlinən simptomlar:
- Mühərrik xəbərdarlıq işığı (check engine)
- Sürətlənmə zamanı güc itkisi
- Turbo fışıltı səsi dəyişir və ya yox olur
- DTC kodları: P0234, P0299, P2263
smartdiaqnoz036-da turbo aktuatoru Autel MaxiSys 919 ilə diaqnostika edir, kalibrovka aparır və lazım gəldikdə təmir edirik. Əksər hallarda aktuatoru dəyişmədən təmir etmək mümkündür.