P2563 kodu — "Turbocharger Boost Control Position Sensor Circuit Range/Performance" — ECU-nun turbo boost idarəetmə mövqe sensorundan gələn siqnalın gözlənilən diapazondan kənara çıxdığını bildirən xətadır. Sadə dillə desək: mühərrik idarəetmə blokusu aktuatora müəyyən bir mövqeyə getməyi əmr edir, amma sensor real mövqeni fərqli göstərir.
Bu kod ən çox Hyundai və KIA-nın dizel (CRDi) modellərində — Santa Fe, Sorento, Tucson, Sportage kimi — rast gəlinir və demək olar ki, həmişə elektron VGT turbo aktuatoru ilə bağlıdır.
Əlamətlər:
- Check Engine işığının yanması
- Mühərrikin gücünün kəskin azalması
- Limp mode — maşın yalnız məhdud sürətlə hərəkət edir
- Turbo təzyiqinin qeyri-sabit olması
Ən çox rast gəlinən səbəblər:
1. Aktuatorun daxili elektron sxemlərindəki komponentlərin xarab olması — ən çox rast gəlinən səbəb
2. Aktuator qanadlarının is/qurumla ilişməsi
3. Aktuator ilə ECU arasındakı naqil dövrəsində qırılma və ya qısaqapanma
4. Aktuator motorunun daxili nasazlığı
5. Turbo sistemində hava sızması (bu da faktiki təzyiqi əmr edilən dəyərdən fərqləndirir)
6. Batareya ayrıldıqdan sonra kalibrasiyanın itməsi
Diaqnostika prosesi: Əvvəlcə OBD-II skaneri ilə kodu təsdiqləyirik, sonra canlı məlumatlarda "commanded position" və "actual position" dəyərlərini müqayisə edirik. Əgər fərq davamlı olaraq böyükdürsə, problem aktuatorun özündədir. Paralel olaraq vakuum/hava sistemində sızma olub-olmadığı yoxlanılır.
Həll yolları: Əksər hallarda aktuator sökülüb təmizlənir və Autel/K-Suite ilə yenidən kalibrasiya edilir ("actuator initialization"). Əgər aktuator daxilən nasazdırsa, dəyişdirilir. Sadəcə batareya kəsilməsindən sonra kalibrasiya itibsə, heç bir hissə dəyişmədən, yalnız proqram vasitəsilə yenidən kalibrasiya kifayət edir.
SmartDiaqnoz 036-da P2563 kodu üçün: Autel MaxiSys ilə tam diaqnostika aparırıq, aktuatorun mexaniki vəziyyətini yoxlayırıq.
Dəqiq diaqnoz qoymaq üçün aktuatoru xüsusi cihazımızla test edir, real vaxtda necə cavab verdiyinə baxırıq.
Problem aşkarlanarsa, aktuator avtomobildən sökülüb təmirə hazırlanır.
Təmirə yararlılıq aktuatorun daxili vəziyyətindən asılıdır: əgər içərisi tam yanmayıbsa, yağ getməyibsə və dişli çarxlar sağlamdırsa, təmir mümkündür. Əks halda aktuator dəyişdirilir.
Təmir prosesində aktuatorun daxilindəki elektron komponentləri xaricdən gətirib yeniləyirik, lazım gəldikdə isə proqram təminatını (firmware) da yeniləyirik — bəzən nasazlığın səbəbi cəmi bir baytlıq dəyişiklik olur.
Bu sahədə 4 ildən artıq təcrübəmiz var.
Aktuator təmir olunduqdan sonra turbo təzyiqi və hava axını (air flow) parametrləri yoxlanılır, hər şey normaya uyğun işlədiyi təsdiqlənir.
Təmirdən sonra müştəriyə 6 ay zəmanət veririk — baxmayaraq ki, elektronik mallara ümumiyyətlə zəmanət verilmir, biz keyfiyyətli xidmətimizi göstərmək üçün bunu da təqdim edirik.
Beləliklə, çox zaman problem tam dəyişimə ehtiyac qalmadan, dəqiq test və peşəkar təmir yolu ilə həll olunur.